Futzal yığmamız həlledici oyun üçün Polşaya yola düşdü

Futzal üzrə dünya çempionatının əsas mərhələsində Polşa yığmasının qonağı olacaq Azərbaycan millisi bu gün sözügedən ölkəyə yollanıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandamız Bakı-İstanbul-Berlin reysi ilə səfərə çıxıb. Yığma üzvləri Berlindən oyunun keçiriləcəyi Polşanın Koşalin şəhərinə avtobusla hərəkət edəcəklər.

Baş məşqçi Joze Alesio da Silva Polşa ilə səfər oyunu üçün Azərbaycan yığmasının heyətinə 14 futzalçı cəlb edib. Millinin səfərə yollanan düşərgəsində bu futzalçılar yer alıblar:

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli;

Oyunçular: Eduardo Borges, Rafael Vilela, Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Tyaqo Bolinya, Ramiz Çovdarov, Fineo, İsa Atayev, Qallo, Hadi Ahmadi.

Xatırladaq ki, Polşa və Azərbaycan yığmaları arasındakı həlledici oyun martın 7-də Koşalin şəhərində baş tutacaq. Qarşılaşmaya saat 23:00-da start veriləcək. Bu komandalar arasında ötən il Bakıda keçirilmiş oyunda millimiz 4:3 hesablı qələbəyə sevinmişdi. Futzal yığmamız bir neçə gün öncə Yunanıstanı doğma meydanda 5:2 hesabıyla məğlub edərək elit-raunda vəsiqəni təmin etsə də, Polşaya son oyunda qalib gələrək növbəti mərhələyə maksimum nəticə ilə yollanmağı hədəfləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: