Canni De Byazi Gəncəyə yollandı – Sabah da Tovuza gedəcək

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazı Premyer Liqa oyunlarını izləmək üçün qərb bölgəsinə səfərə gedib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, italiyalı mütəxəssis səfər çərçivəsində Azərbaycan Premyer Liqasının iki oyununu izləyəcək. Belə ki, o, Premyer Liqanın 26-cı turu çərçivəsində bu gün Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Zirə” matçını canlı izləyəcək. Bu oyuna saat 15:00-da start veriləcək.

Canni De Byazi sabah – martın 11-də isə Tovuzda olacaq. O, sabah Tovuz şəhər stadionunda təşkil ediləcək “Turan Tovuz” – “Qəbələ” oyununa da canlı tamaşa edəcək. Tovuzdakı qarşılaşmaya da saat 15:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: