A Seriyası: “Roma” evdə uduzdu, “Yuventus” 4 qola sevindi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 26-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha beş qarşılaşma baş tutub.

“Verona” – “Montsa” matçında qalib müəyyənləşməyib. “Leççe” evdə “Torino”ya, “Kremoneze” isə “Fiorentina”ya 2 cavabsız qolla məğlub olub. Yeddi qolun qeydə alındığı “Roma” – “Sassuolo” matçında da qonaqlar qələbə qazanıblar. Altı qolun vurulduğu “Yuventus” – “Sampdoriya” görüşündə isə Turin təmsilçisi sevinən tərəf olub.

26-cı tura sabah keçiriləcək “Milan” – “Salernitana” oyunu ilə yekun vurulacaq.

İtaliya A Seriyası
26-cı tur
10 mart

Spetsiya – İnter 2:1
Qol: D.Maldini, 55. Nzola, 87-pen – Lukaku, 83.

11 mart

Empoli – Udineze 0:1
Qol: Bekao, 54.

Napoli – Atalanta 2:0
Qol: Kvaratsxeliya, 60. Rahmani, 77.

Bolonya – Latsio 0:0

12 mart

Leççe – Torino 0:2
Qol: Sinqo, 20. Sanabria, 23.

Kremoneze – Fiorentina 0:2
Qol: Mandraqora, 27. Kabral, 50.

Verona – Montsa 1:1
Qol: Verdi, 51 – Sensi, 55.

Roma – Sassuolo 3:4
Qol: Zalevski, 26. Dibala, 50. Veynaldum, 90+4 – Loryente, 13; 18. Berardi, 45+4-pen. Pinamonti, 75.

Yuventus – Sampdoriya 4:2
Qol: Bremer, 11. Rabyo, 26; 64 Sule, 90+3 – Auqelyo, 31. Dyuriçiç, 32.

13 mart

23:45. Milan – Salernitana

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: