La Liqa: “Barselona”dan “Real” üzərində əzmkar qələbə

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 26-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.

“Betis” “Malyorka”nı, “Real Sosyedad” “Elçe”ni məğlub yola salıb. Səfərdə “Xetafe” ilə qarşılaşan “Sevilya” 2 cavabsız qolla uduzub. “Osasuna” – “Vilayrreal” matçında da qonaqlar 3 xalı 3 cavabsız qolla əldə ediblər.

Turun sonuncu və mərkəzi matçı isə lider “Barselona” ilə əzəli və əsas rəqibi “Real” arasında baş tutub. Hesabı Madrid təmsilçisinin açdığı qarşılaşma kataloniyalıların əzmkar qələbəsiylə yekunlaşıb.

Beləliklə, 26 turdan sonra 68 xala malik “Barselona” vahid liderliyini daha da möhkəmləndirib. “Real” 56 xalla ikinci, “Atletiko” 51 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad” 48, “Betis” 45, “Vilyarreal” 41, “Atletik” (Bilbao) və “Rayo Valyekano” 36 xal toplayıb.

İspaniya La Liqası
26-cı tur
17 mart

Valyadolid – Atletik 1:3
Qol: Larin, 74 – Martines, 30. Quruseta, 57. Vesqa, 78-pen.

18 mart

Almeriya – Kadis 1:1
Qol: Melero, 90+6-pen – Marti, 49.

Rayo Valyekano – Jirona 2:2
Qol: Palazon, 23. Trexo, 34 – Tsiqankov, 29; 52.

Espanyol – Selta 1:3
Qol: Qraqera, 86 – Veyqa, 26. Aspas, 45-pen. K.Peres, 82.

Atletiko – Valensiya 3:0
Qol: Qrizmann, 23. Karrasko, 49. Lemar, 67.

19 mart

Betis – Malyorka 1:0
Qol: B.İqlesias, 48.

Osasuna – Vilayrreal 0:3
Qol: Çukvueze, 14. Morales, 85; 90+3.

Real Sosyedad – Elçe 2:0
Qol: Kubo, 48. Barrenetçea, 90.

Xetafe – Sevilya 2:0
Qol: Əl-Haddadi, 50. E.Ünal, 90+5.

Barselona – Real 2:1
Qol: S.Roberto, 45. Kessye, 90+2 – Arauxo, 9-öz qapısına.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: