La Liqa: “Real” “Valyadolid”i 6 cavabsız qolla yendi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 27-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Selta” – “Almeriya” matçında qalib müəyyənləşməyib. “Vilyarreal” doğma meydanda “Real Sosyedad”ı 2 cavabsız qolla yenib. Madrid “Atletiko”su isə “Betis”lə matçda 3 xalı tək qolla qazanıb. Paytaxtın digər təmsilçisi “Real” da “Valyadolid”i qəbul edib. Meydan sahibləri bu oyunda 6 cavabsız qola seviniblər.

27-ci tura sabah keçiriləcək “Valensiya” – “Rayo Valyekano” matçı ilə yekun vurulacaq.

İspaniya La Liqası
27-ci tur
31 mart

Malyorka – Osasuna 0:0

1 aprel

Jirona – Espanyol 2:1
Qol: A.Martines, 53. Stuani, 88-pen – Breytueyt, 74.

Atletik – Xetafe 0:0

Kadis – Sevilya 0:2
Qol: Okampos, 51. En Nesiri, 74.

Elçe – Barselona 0:4
Qol: Levandovski, 20; 66. Fati, 56. F.Torres, 70

2 aprel

Selta – Almeriya 2:2
Qol: Seferoviç, 10. K.Peres, 42 – Babiç, 7. Puyqmal, 32.

Real – Valyadolid 6:0
Qol: Rodriqo, 22. Benzema, 29; 32; 36. Asensio, 73. Lukas, 90+1.

Vilyarreal – Real Sosyedad 2:0
Qol: Parexo, 77. Cekson, 81.

Atletiko – Betis 1:0
Qol: A.Korrea, 86.

3 aprel

23:00. Valensiya – Rayo Valyekano

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: