La Liqa: “Valensiya” evdə heç-heçəyə sevindi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 27-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Valensiya” “Rayo Valyekano”nu qəbul edib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Beləliklə, 27 turdan sonra 71 xala malik “Barselona” La Liqanın vahid lideridir. Madrid “Real”ı 59 xalla ikinci, paytaxtın digər təmsilçisi “Atletiko” isə 54 xalla üçüncüdür. “Real Sosyedad” 48, “Betis” 45, “Vilyarreal” 44, “Atletik” və “Rayo Valyekano” 37, “Osasuna” və “Selta” 35, “Jirona” 34, “Malyorka” 33, “Sevilya” 31 xal toplayıb.

Digər komandaların xal ehtiyatı belədir: “Xetafe” 33, “Kadis” və “Valyadolid” 28, “Valensiya”, “Espanyol” və “Almeriya” 27, “Elçe” 13 xal.

İspaniya La Liqası
27-ci tur
31 mart

Malyorka – Osasuna 0:0

1 aprel

Jirona – Espanyol 2:1
Qol: A.Martines, 53. Stuani, 88-pen – Breytueyt, 74.

Atletik – Xetafe 0:0

Kadis – Sevilya 0:2
Qol: Okampos, 51. En Nesiri, 74.

Elçe – Barselona 0:4
Qol: Levandovski, 20; 66. Fati, 56. F.Torres, 70

2 aprel

Selta – Almeriya 2:2
Qol: Seferoviç, 10. K.Peres, 42 – Babiç, 7. Puyqmal, 32.

Real – Valyadolid 6:0
Qol: Rodriqo, 22. Benzema, 29; 32; 36. Asensio, 73. Lukas, 90+1.

Vilyarreal – Real Sosyedad 2:0
Qol: Parexo, 77. Cekson, 81.

Atletiko – Betis 1:0
Qol: A.Korrea, 86.

3 aprel

Valensiya – Rayo Valyekano 1:1
Qol: Kluyvert, 82-pen – Komesana, 9.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: