Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 29-cu turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Turun açılış matçında “İnter” səfərdə “Salernitana”nın qonağı olub. Hesabı Milan təmsilçisi açsa da, meydan sahibləri son dəqiqədə bərabərlik qolunu vurmağı bacarıblar. Son çempion “Milan” da doğma meydanda “Empoli” ilə oyundan xal itkisi ilə ayrılıb.
Lider “Napoli” isə səfərdə “Leççe” ilə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matç Neapol təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Tura sabah keçiriləcək 7 qarşılaşma ilə yekun vurulacaq.
İtaliya A Seriyası
29-cu tur
7 aprel
Salernitana – İnter 1:1
Qol: Kandreva, 90 – Qosens, 6.
Leççe – Napoli 1:2
Qol: Di Françeskoo, 52 – Di Lorentso, 18. Qallo, 64-öz qapısına.
Milan – Empoli 0:0
8 aprel
14:30. Udineze – Montsa
16:30. Fiorentina – Spetsiya
18:30. Atalanta – Bolonya
18:30. Sampdoriya – Kremoneze
20:30. Torino – Roma
20:30. Verona – Sassuolo
22:45. Latsio – Yuventus


