Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” klubu 2023/24 mövsümü üçün avrokuboklara vəsiqəni təmin edib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün Premyer Liqada növbəti oyununa çıxıb.
Rumıniyadan olan Laurentsiu Regekampfın çalışdırdığı komanda ölkə çempionatının 29-cu turu çərçivəsində “Sumqayıt”la qarşılaşıb. Rəqib meydanında baş tutan bu oyun “ağ-qaralar” üçün uğurlu alınıb. Belə ki, bakılılar səfərdə böyük hesabla qalib gəlib – 4:0.
Bu qələbə sayəsində “Neftçi” Premyer Liqada mövsümün sonuna 7 tur qalmış avrokuboklara vəsiqəni təmin edib. Belə ki, “ağ-qaralar” hazırda 29 oyundan sonra 60 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bakı klubu ən yaxın izləyicisi “Qəbələ”ni 21 xal qabaqlayır. Bu isə o deməkdir ki, “Qəbələ”nin mövsümün geridə qalan hissəsində Bakı klubunu qabaqlamaq şansı yoxdur. Çünki bu komandalar arasında keçirilmiş oyunlardakı göstəricilərə görə paytaxt təmsilçisi üstün tərəfdir: 2 qələbə, 1 heçə-heçə.
Xatırladaq ki, daha öncə lider “Qarabağ” (74 xal) və ikinci pillədə qərarlaşmış “Sabah” (75 xal) da avrokuboklara vəsiqəni təmin etmişdi. İlk üç pillədəki yerlərini təmin etmiş bu komandaların medallarının əyarına isə qarşıdakı turlarda aydınlıq gələcək.


