AFFA PFL-ə və klublara 215 top payladı

AFFA Azərbaycan Premyer Liqasında və Birinci Divizionda çıxış edən klubların istifadəsi üçün Peşəkar Futbol Liqasına (PFL) toplar verib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində gerçəkləşib. Belə ki, AFFA tərəfindən PFL-ə Azərbaycan Premyer Liqasında və Birinci Divizionda çıxış edən klubların istifadəsi üçün 215 (iki yüz on beş) ədəd top verilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: