“Neftçi” “Qəbələ” ilə oyuna 2 itki ilə hazırlaşır

“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 30-cu turunda qarşılaşacağı “Qəbələ” ilə oyuna hazırlığını davam etdirir. Arena.az xəbər verir ki, Premyer Liqanın 29-cu turu çərçivəsində baş tutan “Sumqayıt”la matçın (4:0) ertəsi günü istirahət edən “ağ-qaralar” aprelin 10-da məşqləri bərpa edib.

Bu gün paytaxt klubunun futbol mərkəzində keçirilən məşqdə bütün futbolçular iştirak ediblər. Lakin Ataa Caber və Vato Arveladze hazırlıq prosesində fərdi məşğul olublar. Onlar zədədən yeni qayıtdıqları üçün hələlik komanda ilə ümumi məşqlərə qatılmırlar.

Xatırladaq ki, aprelin 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyununa saat 20:00-da start veriləcək. “Ağ-qaralar” 29 turdan sonra 60 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar. “Qəbələ” isə 39 xalla dördüncüdür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: