A Seriyası: “İnter” uduzdu, “Milan”la “Napoli” xal itirdi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 30-cu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Səfərdə “Bolonya” ilə qarşılaşan “Milan” xal itkisi ilə üzləşib. Lider “Napoli” də “Verona” ilə ev oyunundan xal itkisi ilə ayrılıb. “İnter” isə evdə “Montsa”ya minimal fərqlə uduzub.

30-cu turun qalan qarşılaşmaları növbəti günlərdə keçiriləcək.

İtaliya A Seriyası
30-cu tur
14 aprel

Kremoneze – Empoli 1:0
Qol: Dessers, 4.

Spetsiya – Latsio 0:3
Qol: İmmobile, 36-pen. F.Anderson, 52. M.Antonio, 89.

15 aprel

Bolonya – Milan 1:1
Qol: Sansone, 1 – Pobeqa, 40.

Napoli – Verona 0:0

İnter – Montsa 0:1
Qol: Kaldirola, 78.

16 aprel

14:30. Leççe – Sampdoriya
17:00. Torino – Salernitana
20:00. Sassuolo – Yuventus
22:45. Roma – Udineze

17 aprel

22:45. Fiorentina – Atalanta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: