A Seriyası: “Yuventus” uduzdu, “Roma” darmadağına sevindi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 30-cu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Leççe” – “Sampdoriya” və “Torino” – “Salernitana” matçlarında qalib müəyyənləşməyib. Səfərdə “Sassuolo” ilə üz-üzə gələn “Yuventus” turu məğlubiyyətlə başa vurub. “Roma” isə doğma meydanda “Udineze”ni 3 cavabsız qolla məğlub edib.

Tura sabah keçiriləcək “Fiorentina” – “Atalanta” matçı ilə yekun vurulacaq.

İtaliya A Seriyası
30-cu tur
14 aprel

Kremoneze – Empoli 1:0
Qol: Dessers, 4.

Spetsiya – Latsio 0:3
Qol: İmmobile, 36-pen. F.Anderson, 52. M.Antonio, 89.

15 aprel

Bolonya – Milan 1:1
Qol: Sansone, 1 – Pobeqa, 40.

Napoli – Verona 0:0

İnter – Montsa 0:1
Qol: Kaldirola, 78.

16 aprel

Leççe – Sampdoriya 1:1
Qol: Sisey, 31 – Xese, 75.

Torino – Salernitana 1:1
Qol: Sanabriya, 57 – Vilena, 9.

Sassuolo – Yuventus 1:0
Qol: Defrel, 64.

Roma – Udineze 3:0
Qol: Bove, 37. Pelleqrini, 55. Abraham, 90+1.

17 aprel

22:45. Fiorentina – Atalanta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: