A Seriyası: “Bolonya” səfərdə autsayderə məğlub oldu

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 31-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda autsayderlər qrupunda qərarlaşmış “Verona” “Bolonya”nı qəbul edib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin xeyrinə başa çatıb.

31-ci turun qalan görüşləri 22, 23 və 24 apreldə keçiriləcək.

İtaliya A Seriyası
31-ci tur
21 aprel

Verona – Bolonya 2:1
Qol: Verdi, 45+6-pen; 62 – N.Dominqes, 90+4.

22 aprel

17:00. Salernitana – Sassuolo
20:00. Latsio – Torino
22:45. Sampdoriya – Spetsiya

23 aprel

14:30. Empoli – İnter
17:00. Montsa – Fiorentina
17:00. Udineze – Kremoneze
20:00. Milan – Leççe
22:45. Yuventus – Napoli

24 aprel

22:45. Atalanta – Roma

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: