Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 31-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun gününün son qarşılaşması “Neftçi” ilə “Səbail” arasında baş tutub.
Qarşılaşmada hesabı “Neftçi” açıb. Amma erkən qol vuran qonaqlar bu üstünlüyü ilk yarım saatın tamamında əldən veriblər. Matçda başqa qol vurulmadığından tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Xatırladaq ki, ilk oyun günündə baş tutan “Şamaxı” – “Kəpəz” (1:1) və “Qarabağ” – “Zirə” (2:2) matçılarında qalib müəyyənləşməmişdi. Bu gün keçirilmiş ilk oyunda isə “Turan Tovuz” doğma meydanda “Sabah”a 0:2 hesabıyla uduzmuşdu.
Tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
31-ci tur
22 aprel
“Səbail” – “Neftçi” 1:1
Qol: Maksim Çex, 32 – Yeqor Boqomolski, 8.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
“ASCO Arena”, 18:30.
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Şahin Diniyev.
Neftçi: 30. Aqil Məmmədov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Caber, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Baş məşqçi: Laurentsiu Regekampf.


