A Seriyası: “Latsio” “Torino”ya evdə məğlub oldu

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 31-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Sampdoriya” – “Spetsiya” matçında qalib müəyyənləşməyib.

“Salernitana” doğma meydanda “Sassuolo”nu üç cavabsız qolla məğlub edib.

“Latsio” isə evdə “Torino”ya minimal hesabla uduzub.

31-ci turun qalan görüşləri 23 və 24 apreldə keçiriləcək.

İtaliya A Seriyası
31-ci tur
21 aprel

Verona – Bolonya 2:1
Qol: Verdi, 45+6-pen; 62 – N.Dominqes, 90+4.

22 aprel

Salernitana – Sassuolo 3:0
Qol: Pirola, 9. Dia, 20. Kulibali, 65.

Latsio – Torino 0:1
Qol: İliç, 43.

Sampdoriya – Spetsiya 1:1
Qol: Amione, 23 – Verde, 59.

23 aprel

14:30. Empoli – İnter
17:00. Montsa – Fiorentina
17:00. Udineze – Kremoneze
20:00. Milan – Leççe
22:45. Yuventus – Napoli

24 aprel

22:45. Atalanta – Roma

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: