A Seriyası: “Yuventus” “Napoli”yə evdə məğlub oldu

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 31-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha beş qarşılaşma baş tutub.

Səfərdə “Empoli” ilə qarşılaşan “İnter” 3 cavabsız qolla qalib gəlib. “Udineze” də “Kremoneze” ilə ev oyununda oxşar hesabla sevinib.

Beş qolun qeydə alındığı “Montsa” – “Fiorentina” matçında meydan sahibləri qalib gəliblər. “Milan” “Leççe”ni 2 cavabsız qolla üstələyib.

Turun mərkəzi oyununda isə “Yuventus” lider “Napoli” ilə üz-üzə gəlib. Neapol təmsilçisi son saniyələrdə vurduğu bir qol sayəsində vacib 3 xal əldə edib. Bu, Turin təmsilçisinin ardıcıl üçüncü məğlubiyyətidir. “Yuventus” əvvəlki turlarda “Latsio” (1:2) və “Sassuolo”ya (0:1) da məğlub olmuşdu.

31-ci tura sabah keçiriləcək “Atalanta” – “Roma” matçı ilə yekun vurulacaq.

İtaliya A Seriyası
31-ci tur
21 aprel

Verona – Bolonya 2:1
Qol: Verdi, 45+6-pen; 62 – N.Dominqes, 90+4.

22 aprel

Salernitana – Sassuolo 3:0
Qol: Pirola, 9. Dia, 20. Kulibali, 65.

Latsio – Torino 0:1
Qol: İliç, 43.

Sampdoriya – Spetsiya 1:1
Qol: Amione, 23 – Verde, 59.

23 aprel

Empoli – İnter 0:3
Qol: Lukaku, 48; 76. L.Martines, 88.

Montsa – Fiorentina 3:2
Qol: Biraqi, 26-öz qapısına. Mota, 43. Pessina, 59-pen – Kuame, 8. Saponara, 13.

Udineze – Kremoneze 3:0
Qol: Samardziç, 2. N.Peres, 27. Sakses, 36.

Milan – Leççe 2:0
Qol: Leao, 40; 75.

Yuventus – Napoli 0:1
Qol: Raspadori, 90+3.

24 aprel

22:45. Atalanta – Roma

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: