La Liqa: “Barselona” “Atletiko”nu da tək qolla yendi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 30-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

Səfərdə “Elçe” ilə qarşılaşan “Valensiya” inamlı qələbəyə sevinib. “Malyorka” doğma meydanda “Xetafe”yə, “Sevilya” isə “Vilyarreal”a qalib gəlib.

Lider “Barselona” da bu tur Madrid “Atletiko”sunu qəbul edib. Kataloniyalılar bu rəqiblə oyunda da tək qolla 3 vacib xal qazanıblar.

Beləliklə, 30 turdan sonra 76 xala malik “Barselona” vahid liderdir. “Real” 65 xalla ikinci, “Atletiko” 60 xalla üçüncü pillədə qərarlaşıb.

“Real Sosyedad” 54, “Betis” 48, “Vilyarreal” 47, “Atletik” 46, “Osasuna” 41, “Rayo Valyekano” ilə “Malyorka” isə 40 xal toplayıblar.

İspaniya La Liqası
30-cu tur

21 aprel

Espanyol – Kadis 0:0

22 aprel

Osasuna – Betis 3:2
Qol: Budimir, 6; 11. Monkayola, 41 – Miranda, 16. Q.Rodriqes, 70.

Almeriya – Atletik 1:2
Qol: Sentelyes, 90+2 – N.Uilyams, 9. De Markos, 56.

Real Sosyedad – Rayo Valyekano 2:1
Qol: Sörlot, 59. Leyeune, 81-öz qapısına – Palason, 57.

Valyadolid – Jirona 1:0
Qol: Monçu, 24.

Real – Selta 2:0
Qol: M.Asensio, 42. E.Militao, 48.

23 aprel

Elçe – Valensiya 0:2
Qol: Lino, 19. Verdu, 42-öz qapısına.

Barselona – Atletiko 1:0
Qol: F.Torres, 44.

Malyorka – Xetafe 3:1
Qol: Li Kanq, 56; 90+5. Raillo, 64 – Mayoral, 23.

Sevilya – Vilyarreal 2:1
Qol: Mir, 34. En Nesiri, 90+4 – P.Torres, 57.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: