“İnter” “Yuventus” üzərində qələbə ilə İtaliya kubokunda finala çıxdı

Futbol üzrə İtaliya kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“İnter” doğma meydanda “Yuventus”la üz-üzə gəlib. Bu komandalar arasında Turində keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi. Cavab görüşündə isə Milan təmsilçisi minimal hesabla üstün olub. Nəticədə finala ilk vəsiqəni “İnter” qazanıb.

Digər finalçı sabah Florensiyada müəyyənləşəcək. “Fiorentina” doğma meydanda “Kremoneze” ilə qarşılaşacaq. Səfərdə 2 cavabsız qolla qalib gəlmiş “Fiorentina”nın finala çıxmaq şansı daha yüksəkdir.

Xatırladaq ki, İtaliya kubokunda həlledici oyunun 24 mayda keçirilməsi nəzərdə tutulub.

İtaliya kuboku
Yarımfinalın cavab oyunları
26 aprel

İnter – Yuventus 1:0
Qol: Dimarko, 15.
İlk oyun – 1:1.

27 aprel

23:00. Fiorentina – Kremoneze
İlk oyun – 2:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: