İtaliya kubokunda sonuncu finalçı da bəlli oldu

Futbol üzrə İtaliya kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu finalçı bu gün Florensiyada müəyyənləşib.

Belə ki, ikinci yarımfinal görüşündə “Fiorentina” doğma meydanda “Kremoneze” ilə qarşılaşıb. Səfərdə 2 cavabsız qolla qalib gəlmiş “Fiorentina”nın finala çıxmaq şansı daha yüksək idi. Cavab görüşü qolsuz bitdiyi üçün, məhz Florensiya təmsilçisi həlledici oyuna vəsiqə qazanan tərəf olub.

Xatırladaq ki, daha öncə “İnter” “Yuventus”u mübarizədən kənarlaşdıraraq finala yüksəlmişdi.

Beləliklə, İtaliya kubokunda final oyunu “İnter”lə “Fiorentina” arasında baş tutacaq. Həlledici oyun mayın 24-də keçiriləcək.

İtaliya kuboku
Yarımfinalın cavab oyunları
26 aprel

İnter – Yuventus 1:0
Qol: Dimarko, 15.
İlk oyun – 1:1.

27 aprel

Fiorentina – Kremoneze 0:0
İlk oyun – 2:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: