La Liqa: “Barselona” və “Real” 3 xalı 4 qolla qazandılar

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 32-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Elçe” doğma meydanda “Rayo Valyekano”nu 4 cavabsız qolla məğlub edib. Lider “Barselona” da “Betis”lə ev oyununda 4 cavabsız qola sevinib. Kataloniya təmsilçisinin əsas izləyicisi “Real” isə “Almeriya” ilə qarşılaşıb. Altı qolluq bu oyunda da Madrid təmsilçisi qələbə qazanan tərəf olub.

32-ci turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İspaniya La Liqası
32-ci tur
28 aprel

Osasuna – Real Sosyedad 0:2
Qol: S.Herrera, 6-öz qapısına. Kubok, 90.

29 aprel

Elçe – Rayo Valyekano 4:0
Qol: Tete Morente, 45+1. Boye, 52. Fidel, 53. Qumabu, 72.

Real – Almeriya 4:2
Qol: Benzema, 5; 17; 42. Rodriqo, 47 – Lazaro, 45+1. Robertone, 61.

Barselona – Betis 4:0
Qol: Kristensen, 14. Levandovski, 36. Rafinya, 39. Q.Rodriqes, 82-öz qapısına.

30 aprel

16:00. Kadis – Valensiya
18:15. Vilyarreal – Sleta
20:30. Espanyol – Xetafe
23:00. Valyadolid – Atletiko

1 may

21:00. Malyorka – Atletik
23:00. Sevilya – Jirona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: