Azərbaycanlı futbolçu Nurlan Novruzov Litvanın “Yonava” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Litva çempionatının 8-ci turu çərçivəsində baş tutan “Jalgiris 2” ilə matçın iştirakçısı olub.
“Yonava” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası dörd qolun qeydə alındığı qarşılaşmadan qələbə ilə ayrılıb – 3:1.
Bu, mövsümə çox uğursuz başlamış “Yonava”nın ilk qələbəsidir. Komanda əvvəlki oyunlarından yalnız birində heç-heçə etmiş, qalanlarında uduzmuşdu.
Nurlan Novruzov bu matça start heyətdə çıxıb və sonadək mübarizə aparıb.
“Yonava” 8 turdan sonra 4 xalla 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.


