Kərim Benzema “Əl-İttihad”la müqavilə bağladı?

Real”ın sabiq hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə bütün məsələlərdə razılığa gəlib.

Arena.az xəbər verir ki, artıq tərəflərin müqavilə imzaladığı haqda məlumat yayılıb.

Məşhur italyan jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabında yaydığı məluma görə, tərəflər arasında razılaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Benzemanın “Əl-İttihad”la müqaviləsində əməkdaşlığın daha bir il uzadılması variantı da nəzərə alınıb.

Vurğulanır ki, Kərim Benzema Madriddə azarkeşləri ilə vidalaşdıqdan sonra dərhal Səudiyyə Ərəbistanına yollanacaq.

Xatırladaq ki, “Əl-İttihad” Səudiyyə Ərəbistanının cari çempionudur.
Daha əvvəl “Real” Benzema ilə yollarının ayrıldığını rəsmən açıqlamışdı. Kərim “qaymaqlılar”ın düşərgəsində 14 mövsüm keçirib. “Real”ın 647 oyununda meydana çıxmış fransız ulduz 353 qol vurub. Benzema “Real”la 25 titul qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: