Fransa nəhəngi PSJ “Mançester Siti”nin və Almaniya yığmasının türkəsilli yarımmüdafiəçisi İlkay Gündoğan ilə ciddi maraqlanır.
Arena.az “L’Equipe” dərgisinə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi PSJ-nin yarımmüdafiə xəttinin gücləndirilməsi üçün fransız klubuna potensial fiqur kimi görünür.
Gündoğanın “Mançester Siti” ilə cari müqaviləsi bu yay başa çatır və Paris klubu futbolçunu sıralarına təzminatsız qata bilər. Daha əvvəl Gündoğanın xidmətində “Barselona” və “Arsenal”ın maraqlı olduğu bildirilirdi.
Gündoğan “Siti” üçün qiymətli futbolçudur. “Transfermarkt” internet-portalı Gündoğanı 25 milyon avro məbləğində qiymətləndirir.
İlkay Gündoğan 2022/2023 mövsümündə “Mançester Siti”nin heyətində 50 oyunda meydana çıxaraq 11 qol vurub, 7 məhsuldar ötürmə ilə fərqlənib və “Siti”nin heyətində Premyer Liqanı və İngiltərə Kubokunu qazanıb.


