“Milan” “Çelsi”nin arzusunu gözündə qoydu

İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirmiş “Çelsi” İtaliyanın “Milan” klubunun fransız qapıçısı Mayk Menyana maraq göstərir.

Arena.az “L’Equipe”ə istinadən xəbər verir ki, “zadəganlar” qapıçının transferi ilə bağlı danışıqlara cəhd göstəriblər.

London klubu indiki qapıçıları Kepa Arrisabalaqa və Eduard Mendinin oyunundan narazı olduğu üçün əsas qapıçı axtarışına baş vurub.
Ancaq İtaliya klubu, qapıçısı Menyanın toxunulmaz olduğunu əsas gətirərək, qolkiperin transferə çıxarılmasında maraqlı olmadığını bildirib.

Menyan geridə qalmış mövsüm ərzində “Milan”ın heyətində 29 oyuna çıxıb, 27 qol “yeyib”. Fransız qapıçı 10 oyunda komandasının qapısını “quru” saxlamağı bacarıb. Menyan bu mövsümdə “Milan”la İtaliya çempionatında fəxri dördüncülüyü qazanıb.

“Transfermarkt” internet-portalı Mayk Menyanı 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: