Yuri Tilemans Premyer Liqada qaldı

İngiltərə Premyer Liqasını tərk edən “Lester Siti”dən ayrılmağa qərar verən Yuri Tilemans yeni iş yerini müəyyənləşdirib.

Arena.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının digər təmsilçisi “Aston Villa” ilə anlaşıb.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. Bu, “Aston Villa”nın yeni mövsüm üçün ilk transferidir.

Xatırladaq ki, Yuri Tilemans 2019-cu ilin iyul ayında “Monako”dan 45 milyon avro qarşılığında “Lester Siti”yə gəlmişdi. 26 yaşlı yarımmüdafiəçi bu komandada 195 oyun keçirib, 28 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. Belçikalı futbolçu daha öncə “Anderlext” (185 oyun, 35 qol, 31 assist) və “Monako”da (65 oyun, 6 qol, 3 assist) da forma geyinib. O, Belçika milli komandasında da 58 matç keçirib, 5 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: