Silvio Berluskoni vəfat etdi

İtaliyanın sabiq baş naziri, “Milan” klubunun keçmiş sahibi və himayədarı, “Montsa” klubunun sahibi Silvio Berluskoni 86 yaşında vəfat edib.

Arena.az xəbər verir ki, məşhur iş adamı, siyasətçi və ictimai xadim Silvio Berluskoninin ömür yolu bu gün – 12 iyun tarixində başa çatıb.

Bu ilin aprel ayında Berluskoninin leykoz xəstəliyindən əziyyət çəkməsi haqda mətbuatda məlumat yayılmışdı. Siyasətçinin ürək-damar sistemindəki problemlər və tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirildiyi də bildirilib. Mərhum, reanimasiya şöbəsində olub.

Xatırladaq ki, Silvio Berluskoni 1986-2016-cı illərdə “Milan” klubunun sahibi olub, 2018-ci ildə isə “Montsa”nı alıb. Məşhur siyasətçi “İrəli İtaliya” partiyasının lideri olub, eyni zamanda üç dəfə (1994, 2001-2006 və 2008-2011) İtaliyanın baş naziri vəzifəsini tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: