“Bayern”in sabiq baş məşqçisi Yulian Nagelsmanın Fransa çempionu PSJ-də işləməkdən imtinasının təfərrüatı məlumdur.
Arena.az xəbər verir ki, bu barədə nüfuzlu jurnalist-insayder Santi Auna özünün “Twitter” hesabında məlumat verib.
Mənbənin məlumatına görə, PSJ-nin yay transfer pəncərəsində gələcək transferlərinin bir qismi Nagelsmandan asılı olub. Klubla çalışmaqdan imtina etmiş alman mütəxəssis bu barədə onunla komandaya qoşula biləcək futbolçuları da məlumatlandırıb. Nagelsman danışıqlar zamanı bəyan edib ki, müqavilə imzalamaq üçün o, Paris klubunu layihəsindən əmin olmalıdır.
Məşqçi ilə danışıqlar üçün Fransa klubunun idman direktoru Luis Kampos Nagelsmanın istirahət etdiyi Monteneqroya uçub. Danışıqların əsas mövzusu kluba yeni gələcək potensial yeni futbolçularla bağlı olub. Bəzi futbolçuların PSJ-nin heyətində yer almaq üçün alman mütəxəssisin komandanın baş məşqçisi vəzifəsinə gəlməsini gözlədiyi deyilir.


