Qrizmann PSJ-yə keçidi ilə bağlı şayiələri cavabladı

Madrid “Atletiko”sunun fransız hücumçusu Antuan Qrizmann PSJ-yə keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Arena.az italyan jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən Qrizmanın fikirlərini diqqətinizə çatdırır:

“Atletiko”da qalmaq istəyirəm. Ailəm kimi mən də bu klubda çox xoşbəxtəm. “Atletiko” ilə İspaniya La Liqasını qazanmaq və UEFA Çempionlar Liqasında nə isə xüsusi bir şey etməyə çalışmaq istəyirəm”.

2022/2023 mövsümündə Qrizmann “Atletiko”nun heyətində 48 oyuna çıxıb, 16 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib, La Liqanın “bürünc”ünü qazanıb.

“Transfermarkt” internet-portalı Qrizmanı 25 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Qrizmanın PSJ-yə mümkün transferi barədə məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: