Romelu Lukaku Avropada qalmağa üstünlük verdi

“Çelsi”nin belçikalı hücumçusu Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanında davam etdirməkdən imtina etməyə qərar verib.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, 30 yaşlı hücumçu Səudiyyə Ərəbistanından aldığı cəlbedici təklifə rəğmən, Avropanı tərk etməyə hazır deyil. Daha əvvəl Kristiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubunun Lukakunun xidmətində maraqlı olduğu bildirilmişdi.

Üstəlik, Romelu Lukakunun ötən mövsümü icarə əsasında keçirdiyi “İnter”lə futbolçunun transfer hüquqlarına sahib olan “Çelsi” arasında hələlik razılıq əldə olunmaması vurğulanır.

2022/2023 mövsümündə Romelu Lukaku “İnter”in heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ilə fərqlənib, komandası ilə İtaliya Kubokubu və Superkubokunu qazanıb.

“Transfermarkt” internet-portalı Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: