Joze Mourinyo hakimləri təhqir etdiyinə görə sərt cəzalandı

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında “Sevilya” ilə oyunda hakimləri təhqir etdiyinə görə cəzalandırılıb.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

60 yaşlı portuqal mütəxəssis növbəti mövsümdə 4 avrokubok oyununu tribunadan izləməli olacaq. Bu isə “Roma”nın qarşıdakı Avropa Liqasında qrup mərhələsinin oyunlarının yarıdan çoxu (altı oyundan dördü) deməkdir.

Xatırladaq ki, “Roma” və “Sevilya” arasında Avropa Liqasının 2022/2023 mövsümünün final görüşü mayın 31-də Budapeştdə keçirilib. “Sevilya” penaltilər seriyasında qələbə qazanıb (əsas və əlavə vaxt: 1:1, penaltilərlə: 4:1). Oyunu ingilis hakim Entoni Teylorun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Hakim “Roma”nın futbolçularına yeddi sarı vərəqə göstərib.

Oyundan sonra Teylorun işindən narazı qalan Mourinyo stadionun dayanacağında hakimi təhqir edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: