Mbappe “Real”a keçmək üçün az qala göz yaşı tökübmüş

Kilian Mbappenin “Real”da oynamaq istəyi və klubun 2021-ci ildə futbolçunu transfer etmək cəhdinin uğursuzluğu haqda məlumat yayılıb.

Arena.az “Cadena SER” dərgisinə istinadən jurnalist-insayder Romen Molinanın bu xüsusda sözlərini diqqətinizə çatdırır:

“Real” iki il əvvəl onu transfer etmək istəyəndə Mbappe ayrılmaq istədiyini açıq şəkildə bəyan etdi. Florentino Peres bir neçə təklif göndərmişdi, onun futbolçu ilə yaxşı münasibəti var. Klub prezidenti Kiliana zəng vuraraq PSJ-nin təkliflərə cavab belə, vermədiyini bildirmişdi. Hamı deyirdi ki, Mbappe uşaqlıqdan arzusunda olduğu “Real”a keçmək istədiyi üçün az qala göz yaşlarına boğulacaqdı. Bax, bu səbəbdən də onun niyə qaldığını heç vaxt başa düşmədim. Hamı bunun, onun arzusu olduğunu deyirdi”.

Xatırladaq ki, Mbappe 2022-ci ildə PSJ ilə müqaviləsinin müddətini uzadıb. Cari mövsümlərarası fasilədə Mbappenin “Real”a mümkün transferi ilə bağlı məlumat futbol dünyasında ən çox müzakirə edilən məsələdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: