“Milan” “Latsio”nun Serbiyadan olan 28 yaşlı yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçi heyətinə qatmaqda maraqlıdır.
Arena.az bu barədə “Lazio Press”ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “Milan” yaxın vaxtlarda “Nyukasl”a az qala zorla transfer etdiyi yarımmüdafiəçisi Sandro Tonalini əvəzləmək üçün fəal surətdə variantları gözdən keçirir. “Milan” rəhbərliyi bu məqsədlə “Latsio”dan Sergey Milinkovic-Saviçi almaq niyyətindədir. Həmçinin, “Milan” romalıların daha bir yarımmüdafiəçisi – Danilo Kataldi üçün də müraciət ünvanlayıb.
2022/2023 mövsümündə Sergey Milinkoviç-Saviç “Latsio”nun heyətində 47 oyuna çıxıb, 11 qol vurub, 8 məhsuldar ötürmə verib. Milinkoviç-Saviçin “Latsio” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Sergey Milinkovic-Saviçi 50 milyon avro məbləğində qiymətləndirir.


