“Çelsi” Nikolas Ceksonla uzunmuddətli müqavilə imzalayacaq

“Çelsi” “Vilyarreal”dan transfer etməyə hazırlaşdığı seneqallı hücumçu Nikolas Ceksonla 8 illik müqavilə bağlayacaq.

Arena.az bu barədə jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Cekson tibbi müayinədən uğurla keçib. “Çelsi” 21 yaşlı futbolçu üçün “Vilyarreal”a 37 milyon avro ödəyəcək ki, bu da onun klausulasından 2 milyon avro çoxdur. Eyni zamanda, “zadəganlar” hissə-hissə ödənişlər üçün sərfəli şərtlər əldə edəcəklər.

2022/2023 mövsümündə Nikolas Cekson “Vilyarreal”ın heyətində 38 oyuna çıxıb, 13 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Nikolas Ceksonu 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: