Brozoviçlə vidalaşıb, Frattezini alır – “İnter”

Marselo Brozoviçlə yollarını ayırmağa hazırlaşan “İnter” İtaliya yığmasının yarımmüdafiəçisi Davide Frattezini almaq niyyətindədir.

Arena.az bu haqda italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, yaxın vaxtlarda Milan klubu futbolçunun müqavilə ilə məxsus olduğu “Sassuolo” ilə danışıqlara başlayacaq. “İnter” rəhbərliyi 23 yaşlı Frattezini komandadan ayrılacaq Marselo Brozoviçin strateji əvəzedicisi kimi görür.

Frattezinin “Sassuolo” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2022/2023 mövsümündə Davide Frattezi “Sassuolo”nun heyətində 37 oyuna çıxıb, 7 qol vurub. O, İtaliya yığmasının heyətində 6 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı Davide Frattezini 25 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Marselo Brozoviçin transferi ilə bağlı “İnter”lə “Əl-Nəsr” arasında razılıq əldə olunduğu haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: