88 nömrəli forma altında oynamaq qadağan edildi

İtaliyada futbolçulara 88 nömrəli forma altında çıxış etmək qadağan edilib. Arena.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Ölkədə futbol stadionlarında antisemitizmin aradan qaldırılmasına yönəlmiş niyyət sazişi imzalanıb.

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi bildirib ki, bu təşəbbüs futbolun inkişafına “böyük töhfə” verəcək.

Qərarda azarkeşlərin nasizmi xatırlada biləcək rəmzlərdən istifadəsinə qadağa qoyulması nəzərdə tutulur. Bundan başqa, futbolçular 88 nömrəli forma geyinə bilməyəcəklər.

Azarkeşlərə bütün ictimai tədbirlərdə ayrı-seçkilik yaradan ifadələrdən istifadə etmək qadağan edilir.

Ayrı-seçkilik halında oyunların vaxtından əvvəl dayandırılması ilə bağlı tövsiyələr də veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: