“Liverpul” Kilian Mbappe uğrunda mübarizəyə qoşuldu

“Liverpul” Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappe uğrunda Madrid “Real”ı ilə mübarizəyə qoşulub.

Arena.az bu barədə “Marca”nın, FIFA agenti Marko Kirdemirə istinadı əsasında xəbər verir.

Agentin məlumatına görə, “Liverpul” rəhbərliyi Mbappe üçün təxminən 300 milyon avro təklif etməyə hazırdır.

Xatırladaq ki, daha əvvəl Mbappenin 2024/2025 mövsümü üçün PSJ ilə müqaviləsini avtomatik qaydada yeniləmə variantından imtina etdiyi və 2024-cü ilin yayında azad agent ola biləcəyi məlum olub. Mətbuatda yayılan xəbərlərə görə, Mbappe bu yay transfer pəncərəsində “Real”a keçmək istəyir. Mbappenin özünün növbəti mövsümü PSJ-də keçirmək istədiyi iddia edilir.

Xatırladaq ki, PSJ Mbappenin qarşısında ya klubla müqaviləsini yeniləməyi, ya da yay transfer pəncərəsində satışa çıxarılacağı şərtlərini qoyub.

Vurğulayaq ki, Kilian Mbappe ətrafında yaranmış cari vəziyyəti “Real” hücumçunu sıralarına qatmaq üçün gözəl fürsət bilir. Məlumatın doğruluğuna inansaq, “Liverpul”un bu təklifinə qədər Mbappe uğrunda mübarizədə “Real”ın qarşısına çıxan klub olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: