Azərbaycanlı uşaqların futbolun sirlərinə İspaniyanın “Barselona” klubunda yiyələnə bilməsi üçün yeni şans yaradılıb.
Arena.az xəbər verir ki, ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Klubunun təşkilatçılığı ilə Kataloniya təmsilçisinin ünlü “Marset” Futbol İnstitutundan iki seleksiyaçısı Azərbaycana gəlib.
Bunlar Rivero Karlos Arias və Ragel Marmol Felipedir.
Mütəxəssislər əvvəldən seleksiya məşqinə dəvət edilmiş 40-dan çox istedadlı uşaqların arasından 15 nəfəri seçəcək. Seçilmiş uşaqların “Marset”ə yollanmasına da şərait yaradılacaq.
Üç gün davam edəcək seçimlər 2008 və 2009 doğumlu uşaqlar arasında aparılacaq və proses mətbuat üçün qapalı olacaq. (fanat.az)


