“Çelsi” gələn həftə ekvadorlu yarımmüdafiəçi Moyzes Kaysedonun transferi ilə bağlı “Brayton”la danışıqların yeni mərhələsinə başlayacaq.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin məlumatına görö, “zadəganlar” uzun-uzadı danışıqlar aparmaq niyyətində deyillər və Kaysedonu tez bir zamanda heyətə cəlb etməkdə israrlıdırlar. Artıq Kaysedo ilə “Çelsi”nin nümayəndələri arasında müqavilənin şərtləri razılaşdırılıb.
Ekvadorlu yarımmüdafiəçinin özü “zadəganlar”ın düşərgəsinə keçidə çoxdan razılıq verib.
2022/2023 mövsümündə Moyzes Kaysedo “Brayton”un heyətində 43 oyuna çıxıb, 1 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.
Kaysedonun “qağayılar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
“Transfermarkt” internet-portalı Moyzes Kaysedonu 75 milyon avro məbləğində qiymətləndirir.


