Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor” klubu 12 futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.
Arena.az xəbər verir ki, elita təmsilçisi bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Alanya təmsilçisinin yollarını ayırdığı futbolçular bunlardır:
Runar Aleks Runarsson
Joher Rassul
Zuhair Feddal
Ahmet Gülay
Pedro Pereyra
İdrissa Dumbiya
Daniel Kandeyas
Vilson Eduardo
İvan Kavaleyro
Erencan Yardımcı
Eftimis Kuluris
Ahmed Hassan
Xatırladaq ki, “Alanyaspor” 2022/2023 mövsümündə Türkiyə Super Liqasında uğursuz çıxış edib. Komanda 36 oyuna cəmi 41 xal toplayıb və elitadakı yerini çətinliklə qoruyub.


