Rövşən Hüseynli daha bir il “Atırau”da!

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Rövşən Hüseynli daha bir il Qazaxıstanın “Atırau” komandasının uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, azərbaycanlı qolkiper bununla bağlı “Facebook” hesabında paylaşım edib.

Xatırladaq ki, Rövşən Hüseynli ötən mövsümün yarısını da bu komandanın heyətində keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: