Futbol üzrə Braziliya millisinin və PSJ-nin ulduz hücumçusu Neymar Braziliyadakı gecə klublarından birində dava edib.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, futbolçu Rio-de-Janeyrodakı gecə klubunda dava salıb. O və tanımadığı kişi itələşərək qara-qışqırıb salıblar. Haqq-hesab əl-qol atmağa çatınca, gecə klubunun mühafizə xidməti münaqişəyə müdaxilə etmək məcburiyyətində qalıb. Dava-dalaşın səbəbi məlum deyil, hazırda təhqiqat aparılır.
Vurğulayaq ki, Neymar özünün qeyri-nümunəvi davranışı və xoşagəlməz həyat tərzinə görə dəfələrlə ictimai qınaq obyektinə çevrilsə də, bu şakərindən əl çəkmək fikrində deyil. Braziliyalı ulduz artıq neçənci dəfədir ki, “sarı mətbuat”ın qəhrəmanı rolunda bulvar dərgilərinin dilindən düşmür.
Xatırladaq ki, daha əvvəl Neymarın PSJ-ni tərk edə biləcəyi bildirilirdi. Ulduz hücumçunun karyerasını “Barselona”da davam etdirə biləcəyi deyilirdi.


