Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger “bundestim”in oyunundakı enişin səbəblərini açıqlayıb.
Arena.az az “talkSPORT”a istinadən Şvaynştaygerin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Düşünürəm ki, çoxlu dəyişikliklər baş verib. Qvardiola “Bayern”ə qoşulanda hamı düşünürdü ki, biz qısa ötürmələrlə futbol oynamalıyıq və bu qəbildən şeylər. Biz dəyərlərimizi itirirdik. Düşünürəm ki, digər ölkələrin əksəriyyəti Almaniyaya axıra qədər qaça bilən bir döyüşçü kimi baxırdı. Son yeddi-səkkiz il ərzində biz öz güclü tərəflərimizi unutmuşuq. Biz gözəl ötürmələrə daha çox köklənmişik və bu, enişin səbəblərindən biridir”, deyə Şvaynştayger bildirib.
Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilmiş son dünya çempionatında Almaniya yığması mübarizəni elə, qrup mərhələsində dayandırıb.


