Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan Avropa Konfrans Liqasının oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Moldovada “Zimbru” və San Marinonun “La Fiorita” komandaları arasında keçiriləcək 1-ci təsnifat mərhələsinin cavab görüşündə UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Xatırladaq ki, “Zimbru” ilə “La Fiorita” arasındakı qarşılaşma iyulun 20-də baş tutacaq.


