Şkrinyar: “PSJ-yə keçməyə qərarım üçün bircə saniyə kifayət etdi”

“İnter”dən azad agent kimi ayrılan slovak müdafiəçi Milan Skrinyar PSJ ilə müqavilə imzalamasına münasibət bildirib.

Arena.az PSJ-nin mətbuat xidmətinə istinadən Şkrinyarın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bu, asan qərar idi. PSJ kimi bir klub sizi almaq istəyəndə qərar tez verilir. Buraya gəlmək imkanım olduğunu biləndə çox xoşbəxt idim. Mən PSJ-nin çox oyununa baxmışam, düşünürəm ki, dünyada hamı PSJ-nin oyunlarına baxır, hamı burada böyük oyunçuların olduğunu bilir.

Bilirəm ki, bu, dünyanın ən yaxşı komandalarından biridir. Qərar vermək üçün mənə cəmi bircə saniyə gərək oldu. Yeni komanda yoldaşlarımla çalışmağı və klubda hər kəslə görüşməyi səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, 28 yaşlı Milan Şkrinyar PSJ ilə 5 illik müqavilə imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: