“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” komandası ilə oyunlar üçün iştirak ərizəsi açıqlanıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Siyahıda 24 futbolçunun adı yer alıb. Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 10-u yarımmüdafiəçi, 2-si isə hücumçudur.
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov;
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev;
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Adama Diakabi, 15. Leandro Andrade, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov;
Hücumçular: 17. Hamidu Keyta, 18. Juninyo.
Cəbəllütariq çempionu da Ağdam klubu ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. “Cırtdan” ölkə təmsilçisi 22 futbolçu sifariş edib. Baş məşqçi Xavyer Munyosun siyahıya daxil etdiyi oyunçulardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i isə hücumçudur.
Qapıçılar: Deyl Kolinq, İvan Villanueva, Nauset Santana;
Müdafiəçilər: Roy Çipolina, Bernardo Lopes, İtan Britto, İbrahim Ayu, Con Sarcent, Xesus Toskano;
Yarımmüdafiəçilər: Xuampe, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Mandi, Liam Uoker, Mustafa Yahaya, Samson Acayi;
Hücumçular: Santi Luke, Kike Qomes, Nano, Li Kasyaro, Xuan Penya.
Xatırladaq ki, “Qarabağ”la “Linkoln” arasındakı ilk oyun iyulun 11-də Cəbəllüttariqdə baş tutacaq. Cavab görüşü isə iyulun 19-da Bakıda təşkil olunacaq.


