“Yuventus” cari transfer pəncərəsində “Çelsi”nin və Belçika yığmasının hücumçusu Romelu Lukakunu transfer edə bilər.
Arena.az bu barədə “The Athletic”ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “zadəganlar” 30 yaşlı hücumçunun satışından ən azı 45 milyon avro əldə etmək istəyirlər. Lukakunun xidmətində maraqlı olan digər italyan klubu “İnter” hazırda belə bir məbləği ödəməyə hazır deyil.
Eyni zamanda, “Yuventus” Lukaku ətrafında vəziyyəti hələlik diqqətlə izləyir. “Byankoneri”nin yaxın vaxtlarda əməli fəaliyyətə keçəcəyi gözlənilir.
Geridə qalmış 2022/2023 mövsümündə Lukaku icarə əsasında “İnter”də çıxış edib, “neradzurri”nin heyətinsə 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.
Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.


