Azərbaycan çempionu “Qarabağ”ın prezidenti Tahir Gözəl ötən gün Cəbəllüttariqə yollanaraq komandanın düşərgəsini ziyarət edib.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub prezidenti baş məşqçi Qurban Qurbanovla görüşüb, ona və komandasına yeni mövsümdə müvəffəqiyyətlər arzulayıb. Tahir Gözəl hər zaman “Qarabağ”a inandığını bildirib və “Linkoln” ilə qarşılaşmalarda komandaya uğurlar diləyib.
Klub prezidenti “Linkoln”la görüşdə komandanın yanında olacağını sözlərinə əlavə edib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Linkoln” – “Qarabağ” oyunu bu gün Cəbəllüttariqdəki “Viktoriya” stadionunda keçiriləcək. Matça Bakı vaxtı ilə saat 19:30-da start veriləcək. Bu komandaların cavab oyunu isə ayın 19-da Bakı Olimpiya Stadoinunda baş tutacaq (saat 20:00).


