56 yaşlı yapon futbolçu Kadzuyosi Miura Portuqaliyanın “Oliveyrense” klubu ilə müqaviləsinin müddətini daha bir il uzadıb.
Arena.az bu barədə “Oliveyrense”nin mətubat xidmətinə istinadən xəbər verir.
Miura “Yokohama”ya məxsusdur və “Oliveyrense”də icarə əsasında çıxış edir. “Oliveyrense” Portuqaliya çempionatının ikinci divizionunda mübarizə aparır.
Daha əvvəl hücumçu kimi çıxış edən Miura 60 yaşına qədər peşəkar səviyyədə oynamağı planlaşdırdığını bildirmişdi.
Miura karyerasına 1986-cı ildə Braziliyada başlayıb. Yapon “qoca”, beş onillikdə oynamış yeganə peşəkar futbolçudur. O, Yaponiya yığma komandasının tarixində ən çox qol vurmuş ikinci oyunçudur.


