UEFA “Qarabağ”a 28 min avro ödədi

UEFA “Qarabağ”a 2022/2023 mövsümündə Avropa Konfrans Liqasının pley-off mərhələsində iştirakına görə ödəniş edib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Qarabağ”ın turnirin pley-off mərhələsində iştirakına görə UEFA tərəfindən ayrılmış 27943 (iyirmi yeddi min doqquz yüz qırx üç) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Xatırladaq ki, Ağdam klubu ötən mövsüm bu turnirin pley-offuna qədər irəliləsə də, Belçikanın “Gent” komandasına iki oyunun yekunda məğlub olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: