“Bayern” Sadio Maneni agah etdi: “Gələk deyilsən”

“Bayern” komandanın seneqallı cinah hücumçusu Sadio Maneyə növbəti mövsümdə onun xidmətində maraqlı olmadığını bildirib.

Arena.az bu barədə “Kicker” nəşrinin jurnalisti Georg Holznerə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, seneqallı hücumçunun indi cari transfer pəncərəsi zamanı Münhen təmsilçisini tərk edəcəyi gözlənilir. Onun satılacağı təqdirdə münhenlilər klub büdcəsinin məvacib imkanlarına qənaət edə biləcəklər. Mane Tomas Tuxelin komandasında ən yüksək maaş alan futbolçulardan biridir.

31 yaşlı Sadio Mane “Bayern”ə 2022-ci ilin yayında “Liverpul”dan keçib. Mane “Liverpul”la İngiltərə çempionluğunu, Çempionlar Liqasını və klublararası dünya çempionatını qazanıb.

Mane Almaniya nəhənginin heyətində ümumilikdə 38 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib. Onun bu klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

“Transfermarkt” internet-portalı Sadio Maneni 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: